BİRJA

ECB uçot dərəcəsini sabit saxlayıb
07 SENTYABR
210

ECB uçot dərəcəsini sabit saxlayıb

2017-09-07 17:02:00

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin indiki 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

Fins.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Qurum  monetar ekspansiya ilə bağlı qərarını dəyişməyib və aylıq istiqraz alışı həcmini 60 mlrd. avro məbləğində saxlayıb. Bu dəqiqələrdə ECB-nin sədri Mario Draginin iclasla bağlı açıqlaması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287