BİRJA

Azərbaycan neftinin qiyməti sabit qalıb
29 AVQUST
111

Azərbaycan neftinin qiyməti sabit qalıb

2017-08-29 09:43:00

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti dəyişməyərək avqustun 28-də də eyni səviyyədə qalıb. Bunun səbəbi ötən gün Böyük Britaniyada “Bank bayramı”nın keçirilməsi ilə bağlıdır.

Hazırda "Azeri LT CIF" markalı neftin qiyməti 53,85 dollar/barelə bərabərdir.

Qeyd edək ki, hər il avqustun sonuncu bazar ertəsi İngiltərə, Şimali İrlandiya və Uelsdə “Bank bayramı” qeyd edilir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295