BİRJA

Mərkəzi Bank 100 milyon manatı yığdı
09 AVQUST
151

Mərkəzi Bank 100 milyon manatı yığdı

2017-08-09 16:22:00
 Avqustun 9-da Bakı Fond Birjasında Mərkəzi Bankın 50100259S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 100 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Fonddan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 13 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 260,410,600.00 manat təşkil edib. Başqa sözlə, tələb təklifi 2,6 dəfə üstələyib.
Sifarişlər 99.1148 AZN (11.48%) və 99.2278 AZN (10.01%) qiymət intervalında təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti – 99.2278 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 100,000,000.00 manat məbləğində olub. Notların ödəmə tarixi 06.09.2017-ci ildir.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288