BİRJA

"Apple"ın II rübdəki mənfəəti ABŞ-ın birja indeksini tarixi rekord həddə çatdırıb
02 AVQUST
232

"Apple"ın II rübdəki mənfəəti ABŞ-ın birja indeksini tarixi rekord həddə çatdırıb

2017-08-02 12:53:00

 ABŞ-ın elektronika nəhəngi "Apple" şirkətinin mənfəəti 2017-ci ilin II rübündə, 2016-2017 ABŞ maliyyə ilinin isə III rübündə 12% artaraq 8,717 mlrd. dollara çatıb. 

Fins.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Tim Kuk ( Tim Cook) məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkətin gəliri isə hesabat dövründə 7% artaraq 45,408 mlrd. dollar təşkil edib. Son nəticədə, ABŞ-ın əsas fond birjası indeksi olan "Dow-Jones" ötən günü 0,33% artımla 21 964 bənddə tamamlayaraq tarixi rekord səviyyəyə yüksəlib. Həmçinin, "S&P 500" və NASDAQ indeksləri də tarixi rekord səviyyələrinə yaxın yerdə qərarlaşıb. 

Qeyd edək ki, ilin əvvəlindən "Dow-Jones" indeksi 11,1%, "S&P 500" indeksi 10,6%, NASDAQ indeksi isə 18,2% artım nümayiş etdirib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296