BİRJA

Əhali SOCAR istiqrazlarını niyə alır? – CANLI YAYIM-VİDEO
12 İYUL
1209

Əhali SOCAR istiqrazlarını niyə alır? – CANLI YAYIM-VİDEO

2017-07-12 16:07:00

SOCAR istiqrazları hazırda Azərbaycanda maliyyə bazarında olan ən yaxşı investisya imkanıdır. Məhz buna görə, əhalinin ona marağı yüksəkdir və istiqrazlar ən çox alınıb-satılan qiymətli kağız sayılır.

Fins.az xəbər verir ki, bu barədə «SOCAR Capital» şirkətinin İnvestisiya və əməliyyatlar departamentinin direktoru Elxan Həsənov iyulun 11-də fins.az-ın Facebook səhifəsində təşkil edilən canlı yayımda bildirib. Canlı yayımda qiymətli kağızlar bazarının vəziyyəti, bazarda ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR istiqrazlarının xüsusiyyətləri kimi mövzulara toxunulub.

E.Həsənov SOCAR istiqrazları üzrə iyulun 17-də baş tutacaq faiz ödənişi, istiqrazların kimlər tərəfindən və hansı məqsədlərlə alındığı, istiqrazları əldə etmək üsulları barədə məlumat verib. Eləcə də, canlı yayımda istiqrazlar bank əmanətləri və digər yatırım imkanları ilə müqayisə edilib. E.Həsənov bildirib ki, istiqrazların əsas üstünlüyü onların yüksək likvidliyi və SOCAR tərəfindən nominal qiymətə (yəni 1000 dollara) geri alma zəmanətidir. Bunun nəticəsində istiqrazlar heç vaxt ucuzlaşmır və onları cəmi bir neçə dəqiqəyə satıb pula çevirmək mümkündür. Başqa heç bir yatırım üsulları belə üstünlüklərə malik deyil.

Elxan Həsənov Azərbaycanın bölgələrində yaşayanların da istiqrazları böyük həvəslə aldıqlarını bildirərək, bölgə əhalisinin istiqraz alması imkanlarını izah edib.

Xatırladaq ki SOCAR İstiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliliklə buraxılıb. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfədən artıq olub.

Oktyabr ayının 17-dən isə SOCAR İstiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanılıb. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə keçirilir. İndiyədək faiz ödənişləri 17 yanvar və 17 aprel arixlərində həyata keçirilib. Növbəti faiz ödənişi isə iyulun 17-də olacaq. Ödəniş çərçivəsində istiqraz sahiblərinə hər istiqraza görə, 12,5 dollar vəsait ödəniləcək. Vəsaitlər istiqraz sahiblərinin bank hesablarına köçürüləcək.

Canlı yayım zamanı fins.az-ın sualları ilə yanaşı, Faceiook istifadəçilərinin də sualları cavablandırılıb. Canlı yayımın videoyazısını təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286