BİRJA

BFB-nin dövriyyəsinin yarısı törəmə əməliyyatlarının payına düşür
06 İYUL
191

BFB-nin dövriyyəsinin yarısı törəmə əməliyyatlarının payına düşür

2017-07-06 17:20:00

2017-cı ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 4 milyard 363 milyon 324 min 771.36 AZN  təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 135%, yəni təxminən 2,35 dəfə daha çoxdur. Ötən il, həmin göstərici 1 milyard 856 milyon manat civarinda olmuşdur.

Cari ilin dövriyyəsinin 1 milyard 851 milyon 985 min 704 AZN ilkin bazarın payına, 299 milyon 853 min 76 AZN isə təkrar bazarın payına düşür. Sektor üzrə ən böyük pay isə törəmə alətləri bazarına düşür.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286