BİRJA

Azərbaycanın ixrac etdiyi xam neftin dəyəri artıb
12 İYUN
227

Azərbaycanın ixrac etdiyi xam neftin dəyəri artıb

2017-06-12 10:18:00

Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan 8,073 mln. ton həcmində xam neft ixrac edilib.

Bu miqdarda xam neftin dəyəri 3,230 mlrd. ABŞ dolları təşkil edib.

Bu ilin beş ayı ərzində ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 9,5% azalıb, dəyəri isə 35% artıb.

Yanvar-may ayları ərzində xam neft Azərbaycanın ümumi ixracının 72,59%-ni təşkil edib.

Qeyd edək ki, beş ayda Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7,267 mlrd. dollar olub. Bu məbləğin 2,817 mlrd. dolları idxalın, 4,450 mlrd. dolları ixracın payına düşüb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0003
  • ₽ RUB
    0.0288