BİRJA

Neftin qiyməti 1 aylıq minimumdadır
11 YANVAR
234

Neftin qiyməti 1 aylıq minimumdadır

2017-01-11 09:18:00

Dünya birjalarında neft bahalaşıb.

Fins.azxəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar artaraq 50,97 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar artaraq 53,75 dollar olub.

Ötən gün neftin qiyməti kəskin azalma dinamikası nümayiş etdirib. Belə ki, Brent və WTI markalı neft 3,8% dollar ucuzlaşıb. Brent markalı neftin qiyməti ötən ilin dekabr ayının 16-dan etibarən 54 dollar səviyyəsindən aşağı düşüb. Neftin ucuzlaşmasının əsas səbəbi bazarda disbalansın yaranmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7352
  • € EUR
    1.8425
  • ₽ RUB
    0.0297