BİRJA

Repo əməliyyatlarında ilk istisna halı – HESABAT
01 DEKABR
71

Repo əməliyyatlarında ilk istisna halı – HESABAT

2016-12-01 10:01:00

Bu il 21 sentyabr tarixində Bakı Fond Birjasında 2016-cı il üzrə ilk repo əqdi qeydə alınıb. Fins.az xəbər verir ki, bu əqdin əvvəlki repo əqdlərindən fərqi ondan ibarətdir ki, ilk dəfə olaraq qeyri-bank olan hüquqi şəxslər arasında repo əqdi bağlanıb. Repo müddəti 30 gün, repo faiz dərəcəsi 11%, məbləği isə 1,46 milyon manat olub. Əqd Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazları ilə bağlanılıb. Korporativ qiymətli kağızlar üzrə isə repo əməliyyatı ümumiyyətlə qeydə alınmayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274