BİRJA

Qızıl ucuzlaşdı – QİYMƏT
25 NOYABR
180

Qızıl ucuzlaşdı – QİYMƏT

2016-11-25 09:50:00

Qızıl, güclü dolların təsiri ilə ardıcıl üç həftədir ucuzlaşır. Fed-in gələn ay faiz artıracağı gözləntisi və 2017-də faiz artırımlarının davam edəcəyi proqnozu ilə Dollar bahalaşır. Bunun nəticəsində də qiymətli metal doqquz ayın ən aşağı səviyyəsinə enib.

Qızıl 0.9% azalma ilə unsiyası 1171.18 dollar ilə Fevral ayından bu yana ən aşağı səviyyəsini görüb. Qiymətlər bu ay 8 faiz düşüb.

Qızıl Noyabr ayında, investorların, “yeni ABŞ prezidenti Donald Trumpın infrastruktur xərclərini artıracağı və iqtisadiyyatı bərpa edəcəyi gözləntisi ilə” riskli aktivlərə üz tutması ilə sərt düşdü və daha ucuz liman olan gümüş Ayı bazarına girib.

Trumpa dair gözləntilər ABŞ səhmlərinin ardıcıl rekord səviyyələrə çıxmasını təmin etdi. Fed Dekabr ayında keçirəcək bu ilin son toplantısında pul siyasətini sərtləşdirməyə hazırlaşır və bu hal, ən azı 2005-dən bu yana ən yüksək səviyyəsinə çıxan dolları dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272