BİRJA

Biznes üçün pulu necə tapmaq olar? – MƏSLƏHƏTLƏR
15 NOYABR
280

Biznes üçün pulu necə tapmaq olar? – MƏSLƏHƏTLƏR

2016-11-15 10:48:00

İnvestorları layihənin gəlirliyinə inandırmaq asan deyil, amma Azərbaycandakı startapçılar yaxşı ideyalar tapsalar və bəzi qaydalara əməl etsələr investorlardan vəsait cəlb edə bilərlər. Bu barədə fins.az-a Borsa İstanbulun Satış və Marketinq departamentinin direktoru Adnan Serhat bildirib. Qeyd edək ki,  bir neçə gün əvvəl Bakıda səfərdə olan ekspert Bakı Fond Birjası və Yüksək Texnologiyalar Parkı tərəfindən təşkil edilən «Startapların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları» mövzusunda seminarda da çıxış edib.

Hər 10 ideyadan yalnız biri diqqəti cəlb edir

Adnan Serhat Görgünün sözlərinə görə, təcrübə göstərir ki, startaplarda investorların ilk diqqət etdiyi məsələ, layihəni reallaşdıracaq komandadır: «Yəni bu komandada layihəni iddia edilən nöqtələrə daşıya biləcək güc və bilik varmı?!»

Ekspertin sözlərinə görə, güclü komanda zəif ideyanı da müəyyən dərəcədə inkişaf etdirə bilər, amma komanda zəifdirsə ən yaxşı ideyanı da heç edə bilər: «Ona görə də yaxşı komandanın olması ideyanın unikallığından daha vacibdir».

Ekspert bildirir ki, investorlara təklif olunan ideyaların çox az hisəsi reallaşdırmaq üçün investorlar tərəfindən bəyənilir. İnvestorların ilkin marağı isə layihənin davamı üçün şansdır. Amma əgər bir investor layihəyə yox deyibsə ruhdan düşmək lazım deyil. Doğrudur, investorlar təcrübəlidir və layihələrin perspektivini daha yaxşı görə bilirlər. «Amma çox mümkündür ki, bir neçə investorun “yox” dediyi layihə növbəti investor tərəfindən bəyənilir və bura pul ayrılır. Ona görə də investorları da yaxşı axtarmaq lazımdır».

Yeni ideyanı həmişə tapmaq olar

Son vaxtlar startap layihələrinin sürətlə artması nəticəsində yeni ideyaların tükəndiyi qənaəti yaranıb. Yenilik tapmaq getdikcə çətinləşdiynidən belə biznes qurmaq da çətinləşir. Amma türkiyəli ekspert bildirir ki, ideyalar tükənmir, sadəcə daha yaxşı düşünmək lazımdır: «Hələ ötən əsrin 20-ci illərində ABŞ-ın patent ofisi çoxsaylı ixtiralardan sonra bəyan ketmişdi ki, artıq yeni ideyalar qalmadı, amma sonrakı dövr göstərdi ki, bu belə deyil».

İBM-in ilk kompüterləri kəşf ediləndə də belə fikirləşirdilər. Amma həmin vaxt da mobil telefonların, kompüter və planşetlərin həyatımıza bu qədər daxil olacağını heç kim bilmirdi. Yəni inkişafın və innovasiyaların sonu yoxdur və ideyalar da həmişə var: «Bu gün məktəbdə oxuyan şiagirdlər bizim təsəvvürümüz olmayan işlərlə məşğul olacaqlar».

İnvestora nə qədər pay verilməlidir?

İnvestorlar layihəyə nə qədər pul verməlidir? Əslində, bu çox mürəkkəb sualdır. İndiyədək mövcud olan, öz tarixi olan şirkət olanda bu asandır. Onun bazar dəyəri, indiyədək olan fəaliyyəti və nə qədər gəlir gətirdiyi məlumdur.  Startaplarda isə məsələ başqadır – onun keçmişi yoxdur. Bu barədə yeganə məlumat var – onlara nə qəər pul lazımdır. Burada hər şey danışıqlardan asılıdır.

Digər mühüm məsələ odur ki, verilən pulun müqabilində investor şirkətin hansı hisəsini alacaq. Burada da dəqiq qaydalar yoxdur, bütün bunlar danışıqlarda həll olunur. Amma təcrübəyə əsasən bəzi çərçivələri qoymaq olar. Əvvəla, startapın öz sahibi bu işi inkişaf etdirmək və buna enerji qoymağa motivasiyası olması üçün kifayət qədər paya sahib olmalıdır. Digər tərəfdən, startapçının əlində o qədər pay qalmalıdır ki, gələcəkdə yeni maliyyələşmə mənbələri axtaranda onlardan da bir hissəsini yeni investora verib pul cəlb edə bilsin. 

İnvestor üçün «Exit» nöqtəsi

Hazırda startap layihələri üçün əsas problemlərdən biri investorlar üçün «Exit», yəni «çıxış» nöqtəsinin olmamasıdır. Çünki investor layihəyə pulu yalnız pul qazanmaq üçün yatırır. Deməli, o nə vaxtsa bu layihədən çıxa bilməlidir. Çıxış olmazsa, investisiya mexanizmi işləməz, sonrakı layihələr üçün pul tapmaq çətindir. Ona görə də işi elə qurmaq lazımdır ki, əhalidəki pulları cəlb etmək mümkün olsun. Eyni zamanda iş elə planlaşdırılmalıdır ki, şirkət lazımi dəyər alaraq daha iri investora satıla bilsin. 

Müsahibənin video variantını buradan izləyə bilərsiniz:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271