BİRJA

Dövlət İstiqrazlarına tələbat təklifi 2,3 dəfə üstələyib
08 NOYABR
162

Dövlət İstiqrazlarına tələbat təklifi 2,3 dəfə üstələyib

2016-11-08 16:31:00

Noyabrın 8-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 15 milyon manatlıq istiqrazları yerləşdirilib. Birjadan fins.az-a verilən məlumata görə, hərracda 6 investor tərəfindən 13 sifariş təqdim olunub. 

Sifarişlərin ümumi həcmi 34 milyon 71 min manat olub ki, bu da təklifedilən həcmdən 2,27 dəfə artıqdır. 364 gün müddətinə, yəni 1 illiyə buraxılan istiqrazlar üzrə sifarişlər 82.0000 AZN (22.1331%) və 87.3969 AZN (14.5400%) qiymət intervalında təqdim edilib. 

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86.9876 AZN (15.0828%) orta ölçülmüş qiyməti 87.0711 (14.9717%)  təşkil edib. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  15 000 000  AZN təşkil edilmişdir.   İstiqrazların ödəmə tarixi  07.11.2017-cı  ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272