BİRJA

Dollar/Türk lirəsi bütün zamanların rekordunu qırıb
05 NOYABR
2431

Dollar/Türk lirəsi bütün zamanların rekordunu qırıb

2016-11-05 10:11:00

Türkiyədə ABŞ dollarının məzənnəsi həftənin son iş günündə 3.1741 səviyyəsinə qalxaraq bütün zamanların rekordunu qırıb.

Fins.az xəbər verir ki, cümə gününü 3,11 lirə səviyyəsinin yüngül üzərində tamamlayan dollar/TL, daxili proseslərin təsiri ilə kəskin yüksəlişini davam etdirir.

Dollar/TL HDP həmsədrləri Demirtaş və Yüksekdağın həbs xəbərinin ardından yenidən hərəkətə gəlib.

Parar lel olaraq Türkiyə birjaları da çöküb. Belə ki, BIST 100 İndeksi 3.2 faiz geriləyərkən, BIST Bank İndeksi 3.7 faiz düşüb, Türkiyə ETF-ləri 4.5% azalma ilə gün ərzində ən aşağı səviyyəyə enib. Məzənnə də axşam saatlarında 3.1734-ə qədər yüksəlib. Avro isə 3.52-ni aşıb.

Səhər saatlarında Diyarbəkirin mərkəzi Bağlar Rayonunda böyük bir partlama meydana gəldiyi barədə xəbər də ölkə daxilində gərginliyin artmasına səbəb olub.

Türk lirəsi ən sərt düşən pul vahidi olub

Türk lirəsi Bloomberg-in təqib etdiyi 24 inkişaf etməkdə olan ölkə pul vahidləri arasında ən sərt düşən pul vahidi olub.

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272