BİRJA

Dövlət istiqrazları üzrə gəlirlik 20%-ə yaxınlaşıb
25 OKTYABR
327

Dövlət istiqrazları üzrə gəlirlik 20%-ə yaxınlaşıb

2016-10-25 17:29:00

Oktyabrın 25-də Bakı Fond Birjasında (BFB) Maliyə Nazirliyinin ümumi məbləği 27 milyon manat olan iki istiqraz emissiyası yerləşdirilib. BFB-dən fins.az-a verilən məlumata görə, istiqrazların biri 10 milyon. digəri 17 milyon həcmində buraxılıb. 

10 milyonluq istiqraz 1 il müddətinə buraxılıb. Bu istiqrazların alınması üçün ümumi həcmi 17 milyon 737 min manat olan 9 sifariş verilib.  Sifarişlər 83.3500 AZN (20.0860%) və 87.0940 AZN (14.9001%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86.9876 AZN (15.0413%) orta ölçülmüş qiyməti 86.9919 (15.0356%)  təşkil edib. İstiqrazların ödəmə tarixi  24.10.2017-cı  ildir. 

17 milyon manatlıq istiqraz isə 6 ay müddətinə buraxılıb. Hərrac zamanı 6 investor tərəfindən ümumi məbləği 23 milyon 338 min manat olan 11 sifariş verilib. Sifarişlər 90.0000 AZN (22.4063%) və 93.0700 AZN (15.0154%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 90.9775 AZN (19.9989%) orta ölçülmüş qiyməti 91.5657 (18.5750%)  təşkil edib. İstiqrazların ödəmə tarixi  25.04.2017-cı  ildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275