BİRJA

Rövnəq Abdullayev: «Növbəti istiqrazlarda indiki «cənnət şərtləri» olmayacaq»
18 OKTYABR
489

Rövnəq Abdullayev: «Növbəti istiqrazlarda indiki «cənnət şərtləri» olmayacaq»

2016-10-18 10:53:00

SOCAR istiqrazlarının növbəti buraxılışı 2017-ci ildə ola bilər, amma həmin istiqrazların faizləri və şərtləri indiki kimi yüksək olmayacaq. Fins.az-ın məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının satışının yekunlaşması və təkrar bazarda satışına başlanmasına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hazırda buraxılan SOCAR-ın ilk istiqrazlarına yüksək əlavə təminatlar verilib. Bu istiqrazları market meyker nominal qiymətdən alacaq və istiqraza sahibləri he bir itkiyə məruz qalmayacaqlar. «Növbəti buraxılışda isə belə «cənnət şərtləri» olmayacaq»-deyə SOCAR prezidenti bildirib.

SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Əli Ağaoğlu bildirib ki, növbəti buraxılışların həcmi bazardakı likvidlikdən və tələbatdan asılı olacaq: «Amma növbəti istiqraz buraxılışının həxmi birincidən yüksək olacaq, təqribən 200-300 milyon dollar həcmində güman etmək olar». 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270