BİRJA

Neft sürətlə bahalaşdı
29 SENTYABR
450

Neft sürətlə bahalaşdı

2016-09-29 00:14:00

Neft, OPEC-in Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşündə istehsalın azaldılması məsələsində razılığa gəldiyi xəbərlərilə kəskin bahalaşıb.

Liviyanın OPEC nümayəndə heyətinin sədri Mossa Elkony, "Bir razılaşma olacaq kimi görünür" - deyib. Bloomberg tərəfindən görülən bir sənədə görə, Əlcəzair OPEC hasilatının gündəlik 796,000 barel azaldılmasını təklif edib.

Reutersin yaydığı xəbərə görə, OPEC ölkələri neft hasilatının gündəlik 33,24 milyon barreldən 32,5 milyon barrel səviyyəsinə qədər məhdudlaşdırılması (azaldılması) barədə razılığa gəliblər. Bu qərar, neft hasilatının gündəlik 740,000 barel azaldılması anlamına gəlir.

Qərbi Texas nefti (WTI) Nymex birjasında 2.53 dollar və ya 5.7 faiz yüksələrək 47.20 dollar;, Brent nefti 2.9 dollar və ya 6.4 faiz yüksələrək 48.90 dolları görüb.

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272