BİRJA

SOCAR istiqrazını necə almaq olar? - İZAHAT
29 SENTYABR
646

SOCAR istiqrazını necə almaq olar? - İZAHAT

2016-09-29 00:09:00

1000 dollardan başlayan investisiya ilə, illik 5% qazanmaq imkanı

Səhmləri 100% Azərbaycan dövlətinə məxsus olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) indi Azərbaycan xalqına öz fəaliyyətindən birbaşa gəlir qazanmaq şansı verir. Dollardakı investisiyanız Sizə 3 aydan bir dəfə ödənilməklə illik 5% gəlir gətirəcək.

1. QEYDİYYATDAN KEÇİN

SOCAR istiqrazlarını əldə etmək üçün bizə özünüz haqqında qısa məlumat verin, bundan sonra bizim əməkdaşlarımız növbəti mərhələlər haqqında məlumat vermək və sizi istiqamətləndirmək üçün sizinlə əlaqə saxlayacaqlar.

2. ABUNƏ OLUN

İstiqrazların satışı abunə yazılışı qaydası ilə aparılır. Belə ki, siz ilk öncə almaq niyyətində olduğunuz istiqraz üçün qeydiyyat aparmalı və həcmin tam dəyərini ödəməlisiniz.

3. İSTİQRAZ ALIN

SOCAR istiqrazları iri maliyyə təşkilatlarına yox sadə vətəndaşlarımıza satmağı özü üçün prioritet seçir. Bununla bağlı yerləşdirmə günü sizin sifariş həcminizə uyğun tam və ya qismən şəkildə istiqrazları əldə edəcəksiniz.

4. GƏLİR QAZANIN

Aldığınız istiqrazlar üzrə ildə 4 dəfə 3 aydan bir olmaqla sizə, hər 1,000 ABŞ Dollarına görə 5% ödəniləcək. Bu dövlətə məxsus şirkətin istiqrazı üçün çox yüksək gəlirdir. Belə ki, analoji başa çatma müddəti olan dövlət istiqrazları 2.5%, dövlət zəmanətli bank depozitləri isə 3% təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272