BİRJA

Neft ölkələri razılığa gəldilər - QİYMƏTLƏR ARTIR
29 SENTYABR
442

Neft ölkələri razılığa gəldilər - QİYMƏTLƏR ARTIR

2016-09-29 00:05:00

Əlcəzairdə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və olmayan ölkələrin toplantısında neft hasilatının məhdudlaşdırılması barədə razılığa gəlinib.

Fins.az xəbər verir ki, bu barədə karteldəki mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, OPEC ölkələri neft hasilatının gündəlik 33,24 milyon barreldən 32,5 milyon barrel səviyyəsinə qədər məhdudlaşdırılması (azaldılması) barədə razılığa gəliblər. Bu qərar, neft hasilatının gündəlik 740,000 barel azaldılması anlamına gəlir.

OPEC ölkələri razılığa qoşulmaq təklifi ilə digər ölkələrə müraciət etmək niyyətindədirlər. Yeni saziş Noyabr ayında qüvvəyə minməlidir.

Bu fonda Brent neftin qiyməti 6%-ə yaxın artaraq 48,64 dollara çıxıb.

Qərar hələ ictimaiyyətə rəsmən elan edilməyib.

Neft hasilatının məhdudlaşdırılması barədə qərar Əlcəzairdə qapalı görüşdə qəbul olunub. Görüş hələ də davam edir.

OPEC son səkkiz ildə ilk dəfə istehsalı azaltmağa gedir. Beləliklə, Səudiyyə Ərəbistanı və İranın, 2014-ci ildən bu yana davam etdirilən "istədiyin qədər istehsal et" yanaşmasının davam edəcəyini düşünən investorlar pis vəziyyətdə qaldılar.

СМИ сообщили о решении ОПЕК ограничить добычу нефти

Страны ОПЕК на переговорах в Алжире договорились об ограничении добычи нефти, сообщает агентство Reuters со ссылкой на источники в картеле. На этом фоне стоимость барреля Brent подскочила почти на 6%

Страны ОПЕК достигли соглашения об ограничении добычи нефти до уровня 32,5 млн баррелей в день, сообщили два источника агентства Reuters в картеле.

После достижение соглашения страны ОПЕК намерены обратиться к другим странам с предложением присоединиться к договоренностям.

В силу новое соглашение должно вступить в ноябре.

На новостях о договоренностях членов ОПЕК цены на нефть марки Brent подскочили почти на 6%: на бирже ICE она торговалась по $48,64 за барр. (+5,82%).

Решение об ограничении добычи нефти было принято на закрытой встрече в Алжире, которая еще продолжается.

 

OPEC agrees to limit oil output at 32.5 million barrels per day
OPEC agreed on Wednesday to reduce its oil output to 32.5 million bpd from the current production levels of around 33.24 million bpd, two OPEC sources told Reuters.

The producing group will agree concrete levels of production by each country at its next formal meeting in November, the sources said.

One source also said that once production targets were reached, OPEC would reach out to non-OPEC producers for cooperation.

Mənbə: MARJA.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275