BİRJA

Neft bahalaşdı
22 SENTYABR
204

Neft bahalaşdı

2016-09-22 09:16:00

Dünya bazarında neft bahalaşır. 

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,47 dollar artaraq 45,81 dollar təşkil edib. 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar artaraq 47,28 dollar olub. 

Neftin bahalaşmasına ABŞ-da xam neft ehtiyatlarının azalması ilə bağlı xəbərlər səbəb olub. Belə ki, ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, 6,2 mln. barel azalaraq 504,6 mln. barelə düşüb. Bu, fevralın 12-dən bəri ən aşağı göstəricidir. Bununla yanaşı, neft ehtiyatlarının həcmi ötən ilin eyni dövründəkindən 11% yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275