BİRJA

Neft ucuzlaşdı
20 SENTYABR
168

Neft ucuzlaşdı

2016-09-20 09:38:00
Dünya bazarında neft ucuzlaşır.

Fins.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar azalaraq  43,08 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,14 dollar azalaraq 45,81 dollar olub.
 
Beləliklə, ötən gün 0,5%-lik bahalaşmadan sonra dünya bazarında təklifin yüksək olması səbəbindən neft ucuzlaşmağa başlayıb. ABŞ-ın Energetika Nazirliyi rəsmi statistikanı açıqlayacağı bir vaxtda "Standard & Poor`s" beynəlxalq reytinq agentliyi ötən həftə bu ölkənin ehtiyatlarını 2,8 mln. barel həcmində qiymətləndirib.
 
"Bloomberg" agentliyi analitiklər arasında apardığı sorğuya görə, neft ehtiyatlarında yüksək, təxminən 3,1 mln. barel artım qeydə alınacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270