BİRJA

Hərrac baş tutmadı – BFB
26 İYUL
463

Hərrac baş tutmadı – BFB

2016-07-26 17:53:00

İyulun 26-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10 milyon manat məbləğində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə fins.az-a BFB-dən məlumat verilib. Məlumata görə, hərraca hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 100 min istiqraz çıxarılacaq. İstiqrazların ödəmə tarixi 11 oktyabr 2016-cı ildir.  

Hərrac zamanı 5 investor 7 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 7,065,100 AZN təşkil edib. 

Sifarişlər 83.4095 AZN (20.00%) və 89.3119 AZN (12.033%) qiymət intervalında təqdim edilib. 

Hərrac emitent tərəfindən baş tutmamış hesab edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275