BİRJA

Neft bahalaşdı
21 İYUL
216

Neft bahalaşdı

2016-07-21 09:26:00

Dünya bazarında neft bahalaşıb. 

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar artaraq 45,94 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,22 dollar artaraq 47,39 dollar olub. 

Bazar iştirakçıları ABŞ bazarında neft ehtiyatlarının həcminin ilə bağlı həftəlik məlumatın açıqlanmasını gözləyirlər. Belə ki, Amerika Neft İnstitutu neft ehtiyatlarının ötən həftə üçün 2,3 mln. barrel azaldığını elan edib. Rəsmi statistika açıqlandıqdan sonra bu rəqəm öz təsdiqini tapsa, bu neft ehtiyatlarının həcminin artıq 9-cu dəfə azalması olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272