BİRJA

Dövlət istiqrazlarına tələbat 4 qat artıq olub
12 İYUL
160

Dövlət istiqrazlarına tələbat 4 qat artıq olub

2016-07-12 17:05:00

İyuldun 12-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101004510 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Birjadan fins.az-a verilən məlumata görə, hərrac zamanı 8 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 40 993 300,00 AZN təşkil edib.

Sifarişlər 96.4410 AZN (15.0073%) və 98.7964 AZN (4.9542%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 98.5301 AZN (6.0667%) orta ölçülmüş qiyməti 98 6631 AZN (5.5103 %) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 13.07.2016 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN təşkil edilib.

İstiqrazların tədavül müddəti – 91 gün, ödəmə tarixi 11.10.2016-cı ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270