BİRJA

Dünya birjalarında neftin qiyməti
05 İYUL
320

Dünya birjalarında neftin qiyməti

2016-07-05 09:33:00

Dünya bazarında neft ucuzlaşıb.

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,80 dollar azalaraq 48,19 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,53 dollar azalaraq 49,57 dollar olub. 

Norveçin "Rystad Energy" konsaltinq şirkətinin yaydığı məlumata əsasən, ABŞ-ın neft ehtiyatları Rusiya və Səudiyyə Ərəbistanının ehtiyatlarından çoxdur. Belə ki, ABŞ-da neft ehtiyatları 264 mlrd. barrel, Rusiyada 256 mlrd. barrel, Səudiyyə Ərəbistanında isə 212 mlrd. barrel təşkil edir. Bu xəbəri "Financial Times" qəzeti yaydıqdan sonra neft ucuzlaşmağa başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275