BİRJA

Qiymətli kağızlar bazarındə 4 qat azalma – HESABAT
07 İYUN
195

Qiymətli kağızlar bazarındə 4 qat azalma – HESABAT

2016-06-07 09:54:00

Bu ilin yanvar-may aylarında Azərbaycanın qiymətli kağızlar bazarında ötən ilə nisbətən kəskin azalma baş verib. Bakı Fond Birjasından fins.az-a verilən məlumata görə, ilk 5 ayda qiymətli kağızlar bazarında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 1 milyard 458 milyon 648 min 788.30 manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə azdır.

Dövlət istiqrazları üzrə 16 qat artım 

İlk 5 ayda dövlət qiymətli kağızlar ilə 240 milyon 233 min manatlıq əməliyyat aparılıb. Ötən ilin eyni dövrünə nisbətən bu göstərici 16 dəfə artıb. Dövlət qiymətli kağızları üzrə əməliyyatlar bütünlükdə Dövlət İstiqrazlarının yerləşdirilməsinə aiddir. İlkin yerləşdirmə həcmi 147 milyon 463 milyon, təkrar yerləşdirmə isə 92 milyon 664 milyon manat təşkil edib.  Dİ ilə əməliyyatların sayı da artıb – ötən il cəmi 5 əməli                yat aparılmışdısa, bu il əməliyyatların sayı 99-a çatıb. 

Səhm bazarı 21 dəfə azalıb 

Yanvar-may aylarında Bakı Fond Birjasında səhmlərlə əməliyyatların həcmində kəkin azalma baş verib. Bu dövrdə səhm bazarında cəmi 6 milyon 59 min manatlıq əməliyat aparılıb ki, bu da ötən ilki göstəricidən 21,6 dəfə azdır. Səhmlərlə əməliyyatların 5 milyon 72 min manatlıq hissəsi səhm yerləşdirilməsinə, 987 min manatlıq əməliyyat isə  səhmlərlə təkrar bazar əməliyatlara aid olub. Ötən illi müqayisədə səhmlərin yerləşdirilməsi 25,3 dəfə, təkrar əməliyyatlar isə təqribən 3 dəfə azalıb. Səhmlərlə aparılan əməliyyatların sayı da azalıb. Bu il səhmlərlə 727 əməliyat aparılıb, halbuki, ötən il bu göstərici 1787 idi.

Borc alətləri bazarında 30 qat azalma

İlin əvvəlindən etibarən qiymətli kağızlar bazarında  müşahidə olunan ən böyük azalma borc alətləri bazarının payına düşür. BFB-nin məlumatlarına görə, ilk 5 ayda borc alətləri bazarının həcmi 32 milyon  986 min manna təşkil edib. Ötən il isə bu göstərici 952 milyon 917 min manat idi, yəni bazar təqribən 29 dəfə azalıb. Bu il AİF-in istiqrazları yerləşdirilməyib (ötən il 11,06 milyon manatlıq yerləşdirmə olmuşdu). Bu sahədə əməliyyatların 15 milyon 14 min manatı Azərbaycan İpoteka Fondunun istiqrazları ilə təkrar əməliyyatların payına düşüb. Ötən illə müqayisədə bu göstərici 54 dəfə azalıb. Digər korporativ istiqrazların yerləşdirilməsi isə 4 milyon 14 min manat təşkil edib (3,2 dəfə azalma). Digər korporativ istiqrazların təkrar bazarının həcmi 13 milyon 958 min manat təşkil edib (8,5 dəfə azalma). Bu ili marketmeyker əməliyyatları aparılmayıb (ötən il isəf bu əməliyatlar 140 milyon manatdan artıq olmuşdu). Borc alətləri bazarında ümumilikdə 48 əməliyyat aparılıb (ötən il 357 əməliyyat).  

REPO əməliyyatlar 

Bu il REPO əməliyyatlar aparılmayıb. Amma ötən il bu əməliyyatların həcmi 102 milyon manatı keçmişdi.  

Törəmə alətlər bazarı

Yanvar-may aylarında Bakı Fond Birjasında törəmə alətlər bazarı üzrə əməliyyatlar 4 dəfədən çox azalıb. Bu dövrdə 1 milyard 179 milyon 371 min manatlıq əməliyyatlar aparılıb. Ötən il isə bu məbləğ 5 milyard 79 milyon 112 min manat idi (4,3 dəfə azalma). Bu əməliyyatların böyük hissəsi  - 1 milyard 140 milyon 987 min manatı valyuta ilə əməliyyatların, qalan hissə – 38 milyon 384 min manatı isə əmtəələrlə əməliyyatların payına düşüb. İlk 5 ayda törəmə alətlərlə 16 750 əməliyyat aparılıb, halbuki, ötən ilin eyni dövründə bu göstərici 30213 idi.  

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın sektoru

Dövriyyə (azn), 2016

Dövriyyə (azn), 2015

 

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

I. Dövlət Qiymətli Kağızlar bazarı

          240,232,568.18

                            99

14,914,881.15

5

MN Dövlət İstiqrazları 

          240,232,568.18

                            99

14,914,881.15

5

Dİ yerləşdirmə

             147,462,637.49

                            67

0

0

Dİ təkrar

               92,663,930.74

                            32

14,914,881.15

5

AMB Notları

                                   -  

                             -  

0

0

NOT yerləşdirmə

                                   -  

                             -  

0

0

NOT təkrar

                                   -  

                             -  

0

0

II. Pay bazarı

              6,059,297.87

                         727

130,977,876.20

1787

Səhmlər yerləşdirmə

                 5,072,000.00

                              6

128,183,981.97

67

Səhmlər təkrar

                    987,297.87

                          721

2,793,894.23

1720

III. Borc Alətləri Bazarı

32,985,876.27

48

952,916,727.73

357

AİF istiqrazları  yerləşdirmə

                                   -  

                             -  

11,057,751.00

4

AİF istiqrazları təkrar

               15,014,457.08

                              7

810,441,047.44

98

Digər korporativ istiqrazlar * yerləşdirmə

                 4,013,779.85

                            22

12,787,355.20

40

Digər korporativ istiqrazlar * təkrar

               13,957,639.34

                            19

118,630,574.09

215

     -  o cümlədən market meyker

                                  -  

                            -  

140,228,045.87

155

IV. REPO əməliyyatları

0.00

0

102,415,647.16

86

AMB-nin Repo əməliyyatları

                                   -  

                             -  

32,217,600.76

30

Digər Repo əməliyyatlar

                                   -  

                             -  

70,198,046.40

56

V. Törəmə Alətlər Bazarı

1,179,371,045.97

16750

5,079,112,288.18

30213

Valyuta

               1,140,987,199

                     14,532

5,006,052,781.26

26859

Əmtəə

                    38,383,847

                       2,218

73,059,506.92

3354

Cəmi

1,458,648,788.30

17,624.00

6,280,337,420.42

32,448.00

İxtisarlar:

Dİ – dövlət  istiqrazları

AR MN – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

AR MB – Azərbaycan Respublikasının Mərkəzii Bankı

DQK – Dövlət qiymətli kağızları

KQK – Korporativ qiymətli kağızlar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271