BİRJA

Neftə limit qoyulmadı - QİYMƏTLƏR DÜŞÜR
02 İYUN
809

Neftə limit qoyulmadı - QİYMƏTLƏR DÜŞÜR

2016-06-02 20:01:00

Neft qiymətləri, OPEC-in bu gün Vyanada keçirdiyi iclasda yeni bir istehsal kvotası müəyyənləşdirilməsi məsələsində razılığa gəlməməsi və bunun nəticəsində üzvlərin istədikləri qədər neft hasil etməyə davam edəcəklərindən aşağı düşür.

Fins.az "Marja"ya istinadən xəbər verir ki, Qərbi Texas nefti (WTI) Nymex birjasında 1.9 faiz azalma ilə 48.09 dollara, Brent nefti ICE Futures Europe bazarında 1.5 faiz düşərək çbareli 48.95 dollara enib.

Analitiklər bildirirlər ki, "Bu qərar sürpriz deyil". Səudiyyə Ərəbistanı irəli sürdüyü istehsal "tavanı" fikri çox da səmimi deyildi, çünki, İranın buna razılaşmayacağını bilirdilər. İndi hər kəsin diqqəti kartelin yüksək istehsalında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272