BANK

Mərkəzi Bank milli valyutada kreditlər üzrə orta faiz dərəcələrini AÇIQLAYIB
14 AVQUST
112

Mərkəzi Bank milli valyutada kreditlər üzrə orta faiz dərəcələrini AÇIQLAYIB

2019-08-14 15:05:00

Fins.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankı 2019-cu yanvar-iyun aylarında fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcələrinin cüzi artdığını qeyd edir. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.

2019-cu il iyulun 1-nə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2018-ci ilin yekunları üzrə 14,24%-ə qarşı 14,28% təşkil edib.

Cari ilin iyun ayının sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 7,13% təşkil edib, 2018-ci ilin sonuna bu göstərici 8,06%-ə bərabər olub.

Bununla yanaşı, iyul ayının əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 9,01% (2018-ci ilin sonuna 9,3%), xarici valyutada 5,73% (6,13%) təşkil edib.

Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 17,18% (17,11%), xarici valyutada 12,44% (14,67%) təşkil edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır