BANK

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb -RƏSMİ
09 AVQUST
218

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb -RƏSMİ

2019-08-09 16:34:00

2019-cu ilin iyul ayında Azərbaycanda inflyasiya iyun ayında 0,5% səviyyəsində deflyasiyaya qarşı 0,1% təşkil edib. Bu barədə Fins.az-a  Dövlət Statistika Komitəsindən məlumat verilib.

“2019-cu ilin iyul ayında respublikada inflyasiya 0,1% təşkil edib. Bundan başqa, qeyri-ərzaq mallarının qiyməti 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% bahalaşıb. İyulda ərzaq malları, içkilər və tütünün qiyməti dəyişməyib”, - Komitədən bildirilir.

İyul ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,7% (iyunun sonuna - 2,5%), o cümlədən ərzaq məhsulları üzrə orta illik inflyasiya 3,1%, qeyri-ərzaq malları üzrə 1,3%, xidmətlər üzrə 3% təşkil edib.

Azərbaycan hökuməti 2019-cu ildə orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır. 2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.

 Müəllif:Aynur Qəniyeva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır