BANK

Bu bank II rübdə gecikdirilmiş kreditlərin həcmini 32,6% azaldıb
29 İYUL
151

Bu bank II rübdə gecikdirilmiş kreditlərin həcmini 32,6% azaldıb

2019-07-29 13:05:00

«Bank of Baku» 2019-cu ilin II rübündə gecikdirilmiş kreditlərlə bağlı vəziyyətin yaxşılaşdığını qeyd edir. 30 iyun 2019-cu il tarixinə bankın kredit portfeli 14,1% azalaraq 172,158 mln. manat təşkil edib.

Bu dövrdə “Bank of Baku”nun vaxtı keçmiş kreditlərin həcmi 91 mln. 778,2 min manat (31 mart 2019-cu il tarixinə 136 mln. 226,02 min manat) təşkil edib. Beləliklə, II rübdə bank gecikdirilmiş kreditlərin həcmini 32,6% azaldıb.

Bu, 30 iyun tarixinə fiziki şəxslər tərəfindən gecikdirilmiş kreditlərin həcminin 63 mln. 357,6 min manatadək azaldılması (martın 31-nə 99 mln. 525,2 min manat) sayəsində mümkün olub. II rübdə azalma 36,4% təşkil edib.

30 iyun 2019-cu il tarixinə gecikdirilmiş kreditlərin strukturunda 23 mln. 772,8 min manat ticarət və xidmət sahəsinin payına düşür.

Qeyd edək ki,  “Bank of Baku” 1994-cü ildə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257