BANK

Depozit həcmi 57 101,86 min manat olan bank
19 İYUL
192

Depozit həcmi 57 101,86 min manat olan bank

2019-07-19 14:43:00

Fins.az-ın məlumatına görə, Bank VTB (Azərbaycan) ASC  2019-cu ilin II rübü ilə bağlı hesabatını açıqlayıb. Hesabatda bildilir  ki,   Bank VTB (Azərbaycan) ASC –nin 2019-cu ilin II rübünün sonunda aktivlərinin cəmi 144 430,68 min manatdır. Bakın depozitləri     57 101,86   min manat,cəmi öhtəlikləri isə     84 057,59  manatdır. Qeyd olunur bankın  dövriyyədə olan adi səhmlərinin miqdarı  315 815,00   min manatdır. Hesabat tarixində bankın məcmu kapitalı 58 271 248,73 min manat olduğu hesabatda əks olunub.

Bank VTB (Azərbaycan) ASC –nin nağd vəsaitlərin həcmi 7997,87 min manatdır. Göstərilən dövrdə bankın vaxtı keçmiş kreditlərin ümumi məbləği  168 876,0 min manatdır. Qeyd olunur ki, vaxtı keçmiş kreditlərin bankın kredit portfelində xüsusi çəkisi, 72,5 %-dir. Qeyri-standart kreditlərin cəminin ümumi kredit portfelində 82,9% yəni  193 039,3 min manatdır.

Müəllif: Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır