BANK

Bank olmayan kredit təşkilatı xalis mənfəətinin 2 dəfəyə yaxın azaldığını açıqladı
18 İYUN
213

Bank olmayan kredit təşkilatı xalis mənfəətinin 2 dəfəyə yaxın azaldığını açıqladı

2019-06-18 14:41:00

“TBC Kredit” Bank olmayan kredit təşkilatı 2018-ci ili 1 milyon 883 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 1,9 dəfə azdır. Belə ki, “TBC Kredit” 2017-ci ili 3 milyon 510 min manat xalis mənfəət ilə bağlamışdı.

Fins.az Marja-ya istinadən xəbər verir ki, təşkilatın illik hesabatında  bildirilir ki, faiz gəlirləri 2017-ci ildə 4 milyon 214 min manat ikən, 2018-ci ildə 3 milyon 753 min manata düşüb (11% azalma).

Faiz xərclərinin azalmasının təsiri ilə, “TBC Kredit”in ötən il əməliyyat mənfəəti 2017-ci il səviyyəsində olub: 1 milyon 992 min manat.

Ötən il kreditlərin bərpa olunması nəticəsində ehtiyatın 3 milyon 415 min manatı mənfəətə əlavə edilib. 2017-ci ildə bu məbləğ 4 milyon 617 min manat idi. Ötən il daha az ehtiyat mənfəətə əlavə edildiyindən xalis mənfəət də düşüb.

31 Dekabr 2018-ci il tarixində “TBC Kredit” 23 milyyon 547 min manat cəmi aktivlərə, 15 milyon 689 min manat cəmi öhdəliklərə və 7 milyon 858 min manat cəmi kapitala malik olub. “TBC Kredit”in nizamnamnə kapitalı isə 8 milyon 453 min manat təşkil edib.

2017-ci illə müqayisədə 2018-ci ildə “TBC Kredit”in kredit portfeli 20% azalaraq 17 milyon 87 min manata düşüb.

Qeyd edək ki, 2019-cu ildə “TBC Kredit” “Nikoyl Bank” ilə birləşib. 8 filialı olmuş “TBC Kredit” 100% Gürcüstanda fəaliyyət göstərən “TBC Bank”a məxsus idi. “TBC Kredit”in “Nikoyl Bank” ilə birləşməsi nəticəsində “TBC Bank” “Nikoyl Bank”ın nizamnamə kapitalında 8.34% paya sahib olub.

2018-ci ilin sonunda "TBC Kredit"in "Nikoyl Bank"a 5 milyon 794 min manat, "PAŞA Bank"a 2 milyon 674 min manat  kredit borcu olub.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır