BANK

Bank səhmdarları bir araya gəldi
14 İYUN
210

Bank səhmdarları bir araya gəldi

2019-06-14 11:44:00

İyunun 13-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

Fins.az xənər verir ki, iclasda "Ernst & Young" (EY) audit şirkətinin "Azər-Türk Bank" ASC-nin 2018-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi barədə qərar qəbul olunub.

Audit olunmuş hesabata görə, 31 Dekabr 2018-ci il tarixinə bankın cəmi aktivləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% artaraq 366,8 milyon manat səviyyəsində olub. Kredit portfelinin həcmi 38 faiz yüksələrək 165,3 milyon manat təşkil edib. Cəmi bank öhdəlikləri 12% artmış və 314,9 milyon manata çatmışdır. 2018-ci ildə Bankın ümimi gəlirləri 24,4 milyon manat olub, xalis mənfəəti isə iki dəfədən çox artaraq 2 114 min manat təşkil edib.

2018-ci ildə Bankın müştərilərinin sayı iki dəfə artıb.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır