BANK

Bank Olmayan Kredit Təşkilatı 19 min manat zərər edib
10 İYUN
135

Bank Olmayan Kredit Təşkilatı 19 min manat zərər edib

2019-06-10 16:11:00

"Omni Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 19 min manat zərərlə başa vurub. Fins.az xəbər verir ki, BOKT-un maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən eynidir.

Ötən il "Omni Finance"ın gəlirləri 217 min manat, o cümlədən faiz gəlirləri 217 min manat, qeyri-faiz gəlirləri 0 manat, xərcləri 236 min manat, o cümlədən faiz xərcləri 162 min manat, qeyri-faiz xərcləri 74 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 0 manat təşkil edib.

Bu il yanvarın 1-nə "Omni Finance"ın aktivləri 2,914 milyon manat olub ki, bu da illik müqayisədə 0,7% azdır. Bunun 2,105 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 0,3% kiçilib.

Hesabat dövründə "Omni Finance"ın öhdəlikləri dəyişməyərək 2,858 milyon manat qalıb, balans kapitalı isə 25,3% azalaraq 56 min manata düşüb.

© "Renkinq" 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272