BANK

Moody's Xalq Bankın reytinqlərini yüksəltdi
16 APREL
142

Moody's Xalq Bankın reytinqlərini yüksəltdi

2019-04-16 16:44:00

Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının fəaliyyətinin nəticələrini təhlil edərək Bankın reytinqlərini yüksəltdi.

Beləliklə, Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini bir pillə yüksəldərək B2 səviyyəsində müəyyən edib və həmin reytinq üzrə proqnozu  “Stabil” olaraq qiymətləndirib.

Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) Сaa1-dən B3-ə yüksəldib, bu da Bank aktivlərinin keyfiyyətinin yüksəlməsi, mənfəətliliyinin artması və yüksək kapital  ilə əlaqəlidir.

Bundan əlavə, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqi (CR Assessments) B2(cr)-dən B1(cr)/Not Prime  səviyyəsinədək artırılıb.  

Bankın qısamüddətli bank depozitləri, qısamüddətli kontragent riskinin reytinqi NP səviyyəsində təsdiqlənib.

Moody’s ekspertləri Bankın reytinq üzrə proqnozunu “Stabil“ olaraq qiymətləndirilməsiniXalq Bankın kredit göstəricilərinin yaxın 12-18 ay ərzində dəyişməyəcəyi və eyni səviyyədə qalması ilə bağlı gözləntilər ilə əsaslandırırlar. 

ASC Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266