BANK

Expressbank- dan müştərilərə premium kart sevinci
16 APREL
369

Expressbank- dan müştərilərə premium kart sevinci

2019-04-16 11:37:00

Expressbank müştərilərin yüksək statusun göstəricisi olan premium kartlara artan tələbatlarını nəzərə alaraq “Premium kart sevinci” adlı kampaniya elan etdi. Kampaniya 2019 - cu ilin mayın 15- dək davam edəcək. Müştərilər qeyd olunan tarixədək yeni kart hesabına minimum 500 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə VISA Gold/MasterCard Gold və ya  1000 AZN/USD/EUR/GBP ilkin mədaxillə VISA Platinum/MasterCard Platinum kartlarını heç bir xidmət haqqı ödəmədən  əldə edə bilərlər.

Kart hesabına mədaxil edilən məbləği müştərilər nağdlaşdıra və ya nağdsız ödəniş edərək 30% -dək Cashback qazana bilirlər. Təklif edilən kartı müştərilər, bankın filiallarına yaxınlaşaraq həmçinin onlayn sifariş edə bilərlər. https://www.exb.az/getpremiumcards.

Yüksək statusu vurğulayan premium kartlar eksklüziv xidmətlərə görə fərqlənir. Bu növ kartın sahiblərinə dünyanın istənilən nöqtəsində xüsusi endirimlər, rahat alış-veriş, onlayn ödəniş, nağd pul çıxartmaq və digər xüsusi imkanlar təqdim edilir. Kartın balansını ölkə üzrə quraşdırılmış 700- dən artıq Expresspay ödəniş terminalı və ya onlayn şəxsi kabinet vasitəsi ilə istənilən zaman artırmaq da mümkündür.

Qeyd edək ki, Expressbank 2018- ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində elan edilmiş müsabiqədə 3 nominasiya üzrə mükafat qazanıb.

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272