BANK

Kredit təşkilatının xalis mənfəəti 3 dəfə artıb
16 APREL
95

Kredit təşkilatının xalis mənfəəti 3 dəfə artıb

2019-04-16 10:51:00

“Mol Bulak” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 1 milyon 552 min manat xalis mənfəətlə başa vurub. Fins.az xəbər verir ki, BOKT-un maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən 2,9 dəfə çoxdur.

Ötən il “Mol Bulak”ın gəlirləri 5 milyon 999 min manat, o cümlədən faiz gəlirləri 5 milyon 499 min manat, qeyri-faiz gəlirləri isə 500 min manat, xərcləri 3 milyon 296 min manat, o cümlədən faiz xərcləri 325 min manat, qeyri-faiz xərcləri 2 milyon 971 min manat, xüsusi ehtiyatlara ayırmaları 557 min manat, mənfəət vergisi ödəmələri isə 594 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Mol Bulak”ın aktivləri 16 milyon 185 min manat olub ki, bu da illik müqayisədə 39,7% çoxdur. Bunun 13 milyon 269 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 46,1% böyüyüb.  

Hesabat dövründə “Mol Bulak”ın öhdəlikləri 2,95 dəfə artaraq 5 milyon 383 min manata, balans kapitalı isə 10,7% artaraq 10 milyon 802 min manata çatıb.

© Renkinq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266