BANK

Palata: Bank-kredit faizlərinin azaldılması ilə bağlı danışıqlar aparılır
04 APREL
274

Palata: Bank-kredit faizlərinin azaldılması ilə bağlı danışıqlar aparılır

2019-04-04 14:32:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (FİMSA) bankların kredit faizlərinin azaldılması ilə bağlı danışıqlar aparır. 

Bunu "Fich" Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında Palatanın nümayəndəsi Aytən Məmmədova deyib.

A.Məmmədova bildirib ki, hazırda bu məsələ müzakirə mərhələsindədir.

"Bilirsiniz ki, palatanın əsas funksiyalarından biri də istehlakçıların hüquqlarının qorunmasıdır. Bu baxımdan yüksək faizli kreditlər müştərilərə əlavə yük yaradır. Biz də istəyirik ki, bir çox şərtləri nəzərə almaqla bu faizlər azalsın. Təbii ki, faizləri müəyyən etmək bankların öz səlahiyyətindədir. Əgər hər hansı dəyişiklik olmasını istəyiriksə, öncə banklar və bank olmayan kredit təşkilatları haqqında müvafiq qanunlar dəyişməlidir. "Ona görə də hazırda bu məsələ müzakirə mərhələsindədir", -  A.Məmmədova əlavə edib.

Xəbər verdiyimiz kimi, Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasında "Banklar haqqında" qanuna dəyişiklik layihəsi də müzakirəyə çıxarılacaq. Qanunun 36-cı (Banklarla onların müştəriləri arasında münasibətlər) maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur. Maddəyə edilən əlavəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264