BANK

Fərman həm devalvasiyadan zərər çəkənlərin, həm də vaxtı keçmiş kreditləri olanların işinə yarıyacaq
04 MART
598

Fərman həm devalvasiyadan zərər çəkənlərin, həm də vaxtı keçmiş kreditləri olanların işinə yarıyacaq

2019-03-04 21:40:00

Fins.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Komunikasiya mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Dövlət Televiziyasında çıxışı zamanı bildirib ki, cənab prezidentin problemli kreditlərlə bağlı imzaladağı fərman  iki hissədən ibarətdir və birinci hissə daha çox 2015-ci ildə baş vermiş devalvasiyalar nəticəsində manatla artmış kütlənin kampensasiya edilməsidir. Digər hissə isə 365 gündən artıq vaxtı keçmiş kreditlər üzrə restrukrizasiya tədbirlərinin həyata keçirilməsidir. Birinci hissə ilə bağlı məlumat vermək istərdim. Bildiyimiz kimi 2015-ci il iki dəfə məzənnə korreksiyası olmuşdur. Fevral ayının 21-də və dekabr ayının 21-də . Bu məzənnə korreksiyaları xüsusən də xarici valyutada kredit götürmüş şəxslərin manatla yükünü artırmışdır. Çünki fevral ayının 21 –i manat 80 qəpikdən dollar qarşısındə 1 manat 5 qəpiyə qədər enmişdir. Daha sonra isə dekabr ayının 21-də 1 manat 55 qəpiyə qədər dollar bahalaşmışdır. Bu iki əsas indikator tarix fərmanın birinci hissəsini müəyyənləşdirir. Bu o deməkdir ki, 10 min dollar kredit cəlb etmiş şəxs fevral ayının 21-nə hər 1 dollara qarşı 25 qəpik kompensasiya almış olacaq. Yəni başqa sözlə 2500 manat kompensasiya almış olacaq. Əgər onun dekabr ayının 21-də kredit qalığı əsas borc üzrə 10 min abş dollarıdısa hər dollara görə 60 qəpik kampensasiya alacaq və ya 6 min manat kampensasiya almış olacaq. Bütövlükdə Cənab prezidentin fərmanın kampensasiyanın maksimal məbləği 5 min dollar və ya ki 8500 manat təşkil edir deyə Vüsal Qasımlı bildirib. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9005
  • ₽ RUB
    0.0263