BANK

Dünya Bankının rəhbəri bu şəxs ola bilər
05 FEVRAL
290

Dünya Bankının rəhbəri bu şəxs ola bilər

2019-02-05 15:30:00

Dünya Bankının rəhbəri vəzifəsinə ABŞ-ın Maliyyə Nazirliyinin baş meneceri Devid Melpas seçilə bilər.

Fins.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp D. Melpası sözügedən vəzifəyə namizəd kimi göstərəcəyini bankın əsas səhmdarlarına bildirib.

Trampın tərəfdarlarından biri kimi tanınan D. Melpas digər səhmdarların da razılığını alarsa Dünya Bankının rəhbəri olacaq. Məlumatlara əsasən avropalı səhmdarlar sözügedən şəxsin namizədliyinə etiraz etməyib.

Qeyd edək ki, rəhbər kürsüsünə Trampın qızı İvanka Trampın da namizəd olacağı söylənilmiş, daha sonra isə bu məlumat təkzib edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027