BANK

Banklara daha çox dollarda əmanətlər yatırılıb
05 FEVRAL
219

Banklara daha çox dollarda əmanətlər yatırılıb

2019-02-05 10:55:00

2018-ci ilin dekabr ayında noyabr ayı ilə müqayisədə fiziki şəxslərin banklardakı əmanətləri (əhalinin əmanətləri) 301,9 milyon manat artaraq 8 milyard 375,4 milyon manata qalxıb.

XARİCİ VALYUTADA ƏMANƏTLƏR DAHA ÇOX ARTIB

Mərkəzi Bankın statistikasına görə, Dekabr ayında milli valyutada olan əmanətlər 119,8 milyon manat artaraq 3 milyard 142,2 milyon manata, xarici valyutadakı əmanətlər isə 182,1 milyon manat artaraq 5 milyard 233,2 milyon manata çatıb.

Dekabrın sonunda cəmi fiziki şəxslərin əmanətlərinin 37,5%-i milli valyutada, 62,5%-i xarici valyutada olub.   

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267