BANK

Nikoil Bank 2 ildir zərərlə işləyir
14 YANVAR
469

Nikoil Bank 2 ildir zərərlə işləyir

2019-01-14 10:18:00

Nikoil Bank ötən ilin 4-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən Nikoil Bankın 2018-ci il üzrə cəmi aktivləri  417 milyon 040 min manat olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə  4.64%  azdır.  

Bankın öhdəliklərinə gəldikdə isə 2018-ci ilin sonuna bu rəqəm 351 milyon 367 min manat təşkil edib. Otən il bu rəqəm 362 milyon 364 min manat olub. Göründüyü kimi , öhdəliklərində azalma var. 

Hesabata əsasən bankın 2018-ci il üçün faiz gəlirləri 68 mln 136,8 min manat, faiz xərcləri 15 mln 508,1 min manat təşkil edib. Xalis faiz gəlirləri 2018-ci ildə ötən ilə nəzərən 11,99% artaraq 52 mln 628,7 min manata yüksəlib. Bankın qeyri-faiz gəlirləri 7 mln 689,2 min manat , qeyri-faiz xərcləri isə 23 mln 362,6 min manat təşkil edib.

Bankın aktivlər üzrə mümükün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 5 dəfədən çox olaraq 172 mln 155 min manat təşkil edib. Bu da o deməkdir ki, Nikoil Bank yenicə başa vurduğumuz 2018-ci ili 135 mln 200,6 min manat zərərlə başa vurub.  Qeyd edək ki, Bank 2017-ci ili də zərər başa vurmuşdu. O zaman bankın zərəri 2 milyon 708 min manat idi.

 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256