BANK

Azərbaycanda bu büronun sistemindən 30 bank və 38 BOKT istifadə edib
10 YANVAR
184

Azərbaycanda bu büronun sistemindən 30 bank və 38 BOKT istifadə edib

2019-01-10 11:43:00

Azərbaycan Kredit Bürosu (Büro) 06 mart 2018-ci il tarixindən etibarən kredit tarixçələrinin realizasiyasına başlayıb. Ötən ilin yekunlarına əsasən Büro ilə müqavilə imzalamış təşkilatların sayı 120-yə çatıb

Bakı/11:55/Xeybər Heydərov/Fins.az

2018-ci il ərzində Büronun sistemindən 30 bank və 38 BOKT istifadə edib. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 1,845,147 sorğu həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 70 faiz çoxdur. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 1,080,463 sorğu yerinə yetirilib.

Büroda aparılmış sorğuların 1,651,065-i banklar, 194.082-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.

Ötən dövr ərzində Büro tərəfindən 5 xidmət istismara verilmişdir ki, bunlar da kredit hesabatları, kredit skorinqi, arxiv sorğuları, mobil və kommunal xidmət hesabatlarıdır.

Qeyd olunan dövr ərzində 12,659 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət etmişdir. Müraciət etmiş şəxslərin 12,573-ü fiziki, 86-sı isə hüquqi şəxslər olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264