BANK

"MasterCard" öz loqotipindən şirkətin adını çıxardır
08 YANVAR
186

"MasterCard" öz loqotipindən şirkətin adını çıxardır

2019-01-08 09:25:00

"MasterCard" ödəmə sistemi öz loqotipindən şirkətin adını götürəcək. Onun üzərində yalnız bir-biri ilə kəsişən qırmızı və sarı dairələr qalacaq. Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin saytına yerləşdirilən məlumatda bildirilir.

Dairələr 50 ildən çox müddət ərzində ödəmə sisteminin brendin insanları qiyməti olmayan vasitələr hesabına birləşdirmək vədini rəmzləşdirən fərqləndirici nişanı olub.

Məlumatda bildirilir ki, dairələr insanları istəklərinə yaxınlaşdırır və onların pul köçürmələrinin təhlükəsiz olduğuna əminlik yaradır.

Şirkətin marketinq və kommunikasiya direktoru Raca Racamannar bildirib ki, insanların 80 faizdən çoxu şirkətin loqotipini "MasterCard" adını göstərmədən tanıyıb.

"Ona görə, biz brendimizin inkişafı istiqamətində növbəti addımı atmağa hazır olduğumuzu hiss etdik", - deyə o bildirib.

"MasterCard" dünyanın 210 ölkəsində 22 min maliyyə müəssisəsini birləşdirən beynəlxalq ödəmə sistemidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264