BANK

Mərkəzi Bank pilot layihə kimi ibtidai sinif müəllimlərinə təlim keçib
07 YANVAR
128

Mərkəzi Bank pilot layihə kimi ibtidai sinif müəllimlərinə təlim keçib

2019-01-07 17:46:00

Azərbaycan Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə prioritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin tədbirlərinin icrasını davam etdirir. Bu strateji tədbirlərin icrası çərçivəsində Mərkəzi Bank tərəfindən ölkənin ümumtəhsil məktəblərinin müəllimlərinə maliyyə savadlılığının kurikuluma inteqrasiya edilmiş elementlərinə dair peşəkar təlimlər keçirilir.

2018-ci ilin noyabr-dekabr ayları ərzində Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə ibtidai siniflərdə Həyat Bilgisi fənnini tədris edən müəllimlərə təlimlər keçirilmişdir. Pilot layihə kimi keçirilən bu təlimlərdə Bakı şəhərinin ümumtəhsil məktəblərinin 100-dən artıq ibtidai sinif müəlliminə Maliyyə savadlılığı portalı (bizimpullar.az) haqqında məlumat verilmiş, Həyat Bilgisi və maliyyə savadlılığı, pul nişanları və onların mühafizə elementləri, büdcə planlaşdırması, mövcud resurslardan qənaətlə istifadə, vergi və dövlət büdcəsi, sığorta və digər mövzular tədris olunmuşdur. Təlimlərin yekununda iştirakçıların sualları cavablandırılmış, onlara öyrədici vəsaitlər paylanmışdır. İştirakçıların təlim haqqında rəyləri öyrənilmiş və yekun qiymətləndirilmə aparılmışdır. Təlimin sonunda keçirilmiş imtahan nəticələrinə müvafiq olaraq müəllimlər sertifikat əldə etmək hüququ qazanmışlar.

Mərkəzi Bank təlim iştirakçılarının rəylərini nəzərə alaraq ibtidai sinif müəllimlərinə yönəlmiş bu pilot layihəni davam etdirməyi, eləcə də maliyyə maarifləndirilməsi istiqamətində ümumtəhsil məktəblərinin digər müəllim heyəti üçün gələcəkdə də müxtəlif tədbirlər keçirməyi nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256