BANK

Azərbaycanda bank şöbələrinin sayı yenidən artmağa başlayıb
28 DEKABR 2018
518

Azərbaycanda bank şöbələrinin sayı yenidən artmağa başlayıb

2018-12-28 16:04:00

Bu il dekabrın 1-nə Azərbaycanda bank filiallarının sayı 508 olub. 

Fins.az Report-a istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə eynidir. Başqa sözlə, banklar noyabrda yeni filial açmayıb. 

İlin əvvəlinə nisbətən bank filiallarının sayı 1 vahid azalıb, son 1 ildə isə 39 vahid azalıb. 

Bu il noyabrın sonuna Azərbaycanda bank şöbələrinin sayı isə 141 olub. Bu, noyabrın 1-i ilə müqayisədə 1 vahid çoxdur. 

İlin əvvəlinə nisbətən və son 1 ildə isə bank şöbələrinin sayı 1 vahid azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266