BANK

Mərkəzi Bank “Twitter” səhifəsini istifadəyə verib
27 DEKABR 2018
293

Mərkəzi Bank “Twitter” səhifəsini istifadəyə verib

2018-12-27 15:17:00

Mərkəzi Bankın qəbul etdiyi kommunikasiya strategiyası və onun əməliyyat çərçivəsi bu sahədə mütərəqqi dünya təcrübəsinin, xüsusilə də texnoloji yeniliklərin imkanlarının daim tətbiqinə imkan verən prinsiplər üzrə həyata keçirilir. Buna görə də Mərkəzi Bankın dizayn, məzmun və istifadənin rahatlığı baxımından daim təkmilləşən rəsmi internet səhifəsi  onun başlıca xarici kommunikasiya kanalı rolunu oynayır.

Ziyarətçilərinin sayı sürətlə artmaqda olan bu əsas kommunikasiya kanalı vasitəsilə pul siyasətinin əsas məqsədləri, onun reallaşdırılması alətləri və əməliyyatları barədə müfəssəl məlumatlar, iqtisadi trendlərin təhlil edilməsi üçün zəruri statistik məlumatlar, eləcə də Mərkəzi Bankın digər siyasət və əməliyyat istiqamətləri barədə operativ məlumatlar ictimaiyyətə ötürülür.

BBN.az xəbər verir ki, bu prosesin məntiqi davamı olaraq, müasir dövrün texnoloji inkişaf meyilləri, eləcə də qabaqcıl dünya təcrübəsi nəzərə alınaraq özünün kommunikasiya işini gücləndirmək üçün yeni media məkanı olan sosial şəbəkədə rəsmi səhifə ilə təmsil olunmağa başlanılması qərara alınıb.

Bu istiqamətdə həyata keçirilən mühüm tədbir kimi Mərkəzi Bankın “Twitter” sosial şəbəkəsində səhifəsi istifadəyə verilib. Səhifələrin hazırlanması və idarə olunmasında qabaqcıl mərkəzi bankların mütərəqqi təcrübələrindən istifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027