BANK

“ABB-Moskva” fəaliyyətini bərpa edəcək
26 DEKABR 2018
253

“ABB-Moskva” fəaliyyətini bərpa edəcək

2018-12-26 15:54:00

Azərbaycan Beynəlxalq Bankının (ABB) Moskvadakı törəməsi, “ABB-Moskva” fəaliyyətini bərpa edəcək.

Fins.az xəbər verir ki, bu barədə qərar ABB-nin səhmdarlarının dekabrın 25-də keçirdiyi ümumi yığıncağında qəbul edilib. 

Məlumatda ABB-nin İdarə Heyəti tərəfindən Zaur Qaraisayevin “ABB-Moskva”nın İdarə Heyətinin sədri təyin olunduğu bildirilir. 

Qeyd edək ki, ötən gün ABB-nin yaydığı məlumatda bildirilib ki, bankın törəmə müəssisələrinə dair bir sıra məsələlərə də baxılıb və müvafiq qərarlar verilib. Bununla belə, bank törəmə müəssisələrlə bağlı verdiyi qərarı açıqlamayıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266