BANK

“Revolut” rəsmi olaraq bank statusu qazanıb
25 DEKABR 2018
286

“Revolut” rəsmi olaraq bank statusu qazanıb

2018-12-25 15:16:00
Maliyyə texnologiyaları sahəsində ixtisaslaşan Revolut şirkəti Litva Mərkəzi Bankından bankçılıq xidmətləri göstərmək üçün lisenziya alıb. Bununla da, Revolut pasport qaydaları çərçivəsində Litvadan sonra digər Avropa ölkələrinin də bazarlarına daxil ola biləcək.

Son illərdə kredit sənədləşdirməsi prosesini minimallaşdıraraq 2 dəqiqəyə salan qurum, bankçılıq xidmətlərini 2019-cu ildə İngiltərə, Almaniya, Polşa və Fransada istifadəyə verməyi planlaşdırır.

Şirkətin statistikalarına əsasən, rəqəmsal platformada hər gün 8-10 min arası Revolut hesabı açılır. Aylıq tranzaksiyaların ümumi həcmi 4 milyard ABŞ dolları təşkil edir.

© BBN.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264