BANK

İbrahim Alışov: “Palatanın 36 strateji hədəfinin icra göstəricisi 84% təşkil edir”
24 DEKABR 2018
336

İbrahim Alışov: “Palatanın 36 strateji hədəfinin icra göstəricisi 84% təşkil edir”

2018-12-24 16:14:00

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) KPMG şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Murat Karakasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Palatadan verilən məlumata görə, görüş zamanı cari ildə əldə edilmiş nailiyyətlər və gələcək dövr üçün nəzərdə tutulan məsələlər barədə müzakirələr aparılıb.

Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim AlışovPalatanın ümumi fəaliyyəti haqqında nümayəndə heyətinə məlumat verdikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanına əsasən, təsdiq olunmuş maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin icrası istiqamətində Palatanın gördüyü işlərdən danışıb. İ.Alışov vurğulayıb ki, Palatanın otuz altı strateji hədəfinin icra göstəricisi 84% təşkil edir.

Eyni zamanda İ.Alışov bank sektorunun sağlamlaşdırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb və bu baxımdan 7 aprel 2017-ci il tarixli “Banklar haqqında” qanunun 57-ci maddəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

KPMG şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Murat Karakas çıxış edərək təmsil etdiyi qurumla Palata arasındakı mövcud əlaqələri yüksək qiymətləndirdiyini və əməkdaşlığın gələcəkdə davam etdirilməsi və daha da genişləndirilməsi istiqamətində hər iki tərəfin səylə çalışacağına ümid etdiyini qeyd edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267