BANK

Expressbank təltif edildi!
21 DEKABR 2018
168

Expressbank təltif edildi!

2018-12-21 11:45:00

Həm geniş bank məhsulları, həm də yüksək səviyyədə müştəri xidmətləri ilə tanınan Expressbank daha bir qələbə qazandı.

Azərbaycan Banklar Assosiasiyası tərəfindən 19 dekabrda keçirilən tədbirdə Expressbank iki nominasiya üzrə mükafat aldı! Belə ki, Expressbank “Zolotaya Korona” pul köçürmələri sistemi ilə birlikdə həyata keçən layihəyə görə “İnnovativ ödəniş həlləri tətbiq edən Aba üzvü” nominasiyası üzrə qalib seçilmişdir. Bu layihənin reallaşdırılması nəticəsində müştərilər artıq onlara, “Zolotaya Korona” pul köçürmələri sisteminin mobil tətbiqi vasitəsi ilə göndərilmiş məbləği, evdən çıxmadan Azərbaycanın istənilən bankı tərəfindən buraxılmış ödəniş kartına köçürərək əldə edə bilərlər. 

İkinci mükafatı isə bank, korporativ sosial məsuliyyət sahəsində gördüyü işlər nəticəsində almışdır. Belə ki, Azərbaycan Banklar Assosiasiyası “Korporativ Sosial Məsuliyyət” nominasiyası üzrə Expressbankı mükafatlandırıb. Expressbank hər zaman olduğu kimi öz fəaliyyətində bu sahəni üstün tutaraq gördüyü işləri yeni ildə də yeni layihələr ilə mütləq davam etdirəcək.   

 Expressbankın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 75 bankomatı, 4000-dək POS terminal və 700-dən artıq “ExpressPay” ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya , bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə (www.facebook.com/Expressbank; www.instagram.com/expressbank_official/  ) daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256